11-10-2024
<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvü Mayıl Hacıyev, sədr köməkçisi Ramiz Əliyev, Qaralar kənd icra nümayəndəsi Etbar Qasımov, Qaralar kəndinin ağsaqqalları iştirak edirdilər. <> Tədbirin əsas məsələsi İmişli rayon Ağsaqqallar Şurasının son dövrdə həyata keçirdiyi tədbirlər barədə hesabat və İmişli rayon Qaralar kəndində yerli kənd ağsaqqallar şurasının təsis edilməsi idi. <> Məsələ barədə İmişli rayon Ağsaqqallar şurasının sədri Saleh Səmədov məlumat verdi. O, qeyd etdi ki, rayon Ağsaqqallar Şurasının fəaliyyətində son dövrdə əsaslı dönüş əmələ gəlmiş, tədbirləri intensiv və davamlı xarakter daşıyır. Öncə respublika Ağsaqqallar şurası və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev adından Qaralar kənd ağsaqqallarını təbrik edir, yeni ictimai-siyasi fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm. <> Bildirmək istəyirəm ki, rayon şuramızın tərkibində 41 ərazi təşkilatı birləşmişdir, onlardan bu günkü yaranacaq kənd təşkilatlarınıda nəzərə alsaq 10-u yeni ərazi təşkilatıdır. Hal-hazırda rayon şurası öz sıralarında 1027 nəfər ağsaqqalı birləşdirir. Bu ilin aprel ayında olmuş konfransdan keçən dövr ərzində şuranın sıralarına 850 nəfər yeni üzvü qəbul olunmuşdur. <> Şuranın sədri bu müddət ərzində keçirlən müxtəlif istiqamətli tədbirlərin rayonumuzun vətəndaşları tərəfindən müsbət qarşılandığını qeyd edərək şuranın fəaliyyətinin bundan sonra da gücləndiriləcəyini vurğuladı. <> Tədbirdə çıxış edən sədr müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvü Mayıl Hacıyev, sədr köməkçisi Ramiz Əliyev, Qaralar kənd icra nümayəndəsi Etbar Qasımov, yeni yaranan Qaralar kənd ərazi təşkilatının üzvlərini təbrik etdilər və əmin olduqlarını bildirdilər ki, bu yeni təşkilat həm rayonumuzun, həmdə yaşadığınız kəndin ictimai-siyasi həyatında önəmli rol oynayacaqdır. <> Çıxışlar yekunlaşdıqdan sonra Qaralar kənd yeni ərazi təşkilatı təsis edildi. Səs vermə yolu ilə yerli şuranın 15 nəfər idarə heyətinin üzvü, sədri və 3 müavini seçildi. Kamil Qurbanov, Mirzə Əsədov, Alim Səmədov, Rəfayıl Nuriyev, İlqar Qasımov, Tofiq Dədəkişiyev, Sahabəli Dədəkişiyev, Tofiq Məmmədov, Ağa Fərzəliyev, Gülağa Abışov, Əzimalı Hüseynov, Şaiq Tağıyev, Safalı Nəcəfov, Şəmsəddin Həsənov, Balakişi Balakişiyev idarə heyətinin üzvü, Şəmsəddin Həsənov sədr, Kamil Qurbanov, Mirzə Əsədov, Ağa Fərzəliyev müavin seçildilər. <> Bununla da Qaralar kənd yerli ağsaqqallar şurası təsis edildi və tədbir yekunlaşdı.