İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurası ilə İmişli rayon Məzrəli kənd Ağsaqqallarının birgə tədbiri keçirildi.

16-10-2024

Xəbər Şəkli

<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvü Famil İmanov, Ağsaqqallar şurasının aparat rəhbəri Ramiz Əliyev, sədrin köməkçiləri Adil Kərimov və Murad Seyidov, Məzrəli kənd ağsaqqalları iştirak edirdilər. <> Tədbirin əsas məsələsi İmişli rayon Ağsaqqallar Şurasının son dövrdə həyata keçirdiyi tədbirlər barədə hesabat və İmişli rayon Məzrəli kəndində yerli kənd ağsaqqallar şurasının təsis edilməsi idi. <> Məsələ barədə İmişli rayon Ağsaqqallar şurasının sədri Saleh Səmədov məlumat verdi. O, ilk olaraq Məzrəli kənd ağsaqqallarını respublika Ağsaqqallar şurası və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin adından yerli kənd ərazi təşkilatının yaranması və yeni ictimai-siyasi fəaliyyətə başlamaları münasibəti ilə təbrik etdi, onlara can sağlığı və uğurlar arzuladı. <> Şuranın sədri hesabat olaraq qeyd etdi ki, Ağsaqqallar Şurasının fəaliyyətində son dövrdə əsaslı dönüş əmələ gəlmiş, tədbirləri intensiv və davamlı xarakter daşıyır. Bu günkü vəziyyətə görə şuranın tərkibində 11-ci yeni ərazi təşkilatı yaranır və ağsaqqallar şurasının üzvlərinin sayı 1051 nəfər çatır. Bu şuranın apardığı yüksək təşkilatçılıq və səmərəli fəaliyyətinin nəticəsidir. Ağsaqqallar Şurası adət-ənənələrimizin qorunub saxlanması və müasir dövrə uyğun inkişaf etdirməsi, insanlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bundan sonra da siyasi fəaliyyətini davam etdirəcək. <> Tədbirdə çıxış edən sədr müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvü Famil İmanov, şuranın aparat rəhbəri Ramiz Əliyev, sədr köməkçiləri Adil Kərimov və Murad Seyidov, kənd ağsaqqallarının nümayəndələri yeni yaranan Məzrəli kənd ərazi təşkilatının üzvlərini təbrik etdilər və onların bu siyasi fəaliyyətlərində uğurlar arzu edərək gələcəkdə kəndin gənclərinin tərbiyə edilməsi, onlara düzgün istiqamət verilməsi sahəsində səmərəli fəaliyyət dilədilər. <> Çıxışlar başa catdıqdan sonra Məzrəli kənd yeni ərazi təşkilatı təsis edilməsi məqsədi ilə səs vermə keçirildi. Səs vermə yolu ilə Məzrəli kənd yeni ərazi təşkilatına 13 nəfər idarə heyətinin üzvü, sədri və 3 müavini seçildi. Eldəniz Məmmədov, Teyyub Əzullayev, Elşən Xəlilov, Elxan Abışov, Vəkil Qasımov, Miradəm Tağıyev, Əlizamin Əliyev, Zeyni Əliyev, Hüseynqulu Hüseynov, Faiq Abışov, Elçin Məmmədov, Qurban Süleymanov, Vəkil Fərzəliyev üzv seçildilər. Eldəniz Məmmədov sədr, Teyyub Əzullayev , Elşən Xəlilov və Əlizamin Əliyev sədrin müavini seçildilər. <> Bununla da Məzrəli kənd yerli ağsaqqallar şurası təsis edildi. <> Tədbirin seçki hissəsi yekunlaşdıqdan sonra Məzrəli kənd ağsaqqallarının xahişi və təklifi ilə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və onunla tədbirdə iştirak edən nümayəndələr yerli kənd ərazi təşkilatının özləri üçün nəzərdə tutduqları iqamətgah-otağın və binanın qarşısında ucaldılmış “ANA” heykəlinin vəziyyəti ilə tanış oldu. Şuranın sədri həm otağın həm də heykəlin abadlaşdırılması və təmiri üçün müvafiq göstərişlər verdi. Yaxın vaxtlarda bu işlərin həyata keçirilməsi üçün lazımı tikinti-təmir işi aparılacaqdır. <> Bununla da Məzrəli kəndində ağsaqqallar şurası ilə yerli kənd ərazi təşkilatının tədbiri başa çatdı.