10-10-2024
<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri saleh Səmədov, şuranın idarə heyətinin üzvü Məhərrəm Əliyev, şura sədrinin köməkçisi Ramiz Əliyev, şura üzvləri Murad Seyidov, Elektirik şəbəkəsinin 34 nəfər ağsaqqalı iştirak edirdilər. <> Tədbirin əsas məsələsi İmişli rayon Ağsaqqallar Şurasının son dövrdə həyata keçirdiyi tədbirlər barədə hesabat və rayon elektrik səbəkəsi idarəsinin nəznində yerli ağsaqqallar şurasının təsis edilməsi idi. <> Məsələ barədə İmişli rayon Ağsaqqallar şurasının sədri Saleh Səmədov məlumat verdi. O, qeyd etdi ki, son dövrdə rayon Ağsaqqallar Şurasının təşkilati məsələlər, milli mənəvi dəyərlərimizin təbliği, hərbi vətənpərvərlik tərbiyyəsi istiqamətindəki tədbirlərinin sayı kəsgin şəkildə artmışdır. Bizim həyata keçirtdiyimiz bu tədbirlər respublika Ağsaqqallar şurası idarə heyəti və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev tərəfindən də yüksək qiymətləndirilir və bu gün onun adından Sizi təbrik edir bu yeni ictimai siyasi fəaliyyətinizdə uğurlar arzu edirəm. <> Bildirmək istəyirəm ki, şuramızın tərkibində 8 yeni ərazi təşkilatı yaradılmış, sıralarımızın sayı isə 911 nəfərdən ibarət olmuşdur. Keçən konfransdan bu günə qədər 734 nəfər ağsaqqal şuraya üzv qəbul olunmuşlar. Şuranın sədri həyata keçirlən tədbirlərdən də danışaraq bunun böyük əhəmiyyət kəsb etdiyini və ağsaqqallarımızın təqdirinə səbəb olduğunu vurğuladı. <> Çıxış edən şuranın sədr köməkçi Ramiz Əliyev, idarə heyətinin üzvü Məhərrəm Əliyev, şura üzvü Murad Seyidov bildirdilər ki, həyata keçirilən müxtəlif məqsədli tədbirlər şuranın sıralarının daha da genişlənməsinə onun üzvlərinin ideya siyasi cəhətdən möhkəmlənməsinə səbəb olmuşdur. <> Çıxışlar yekunlaşdıqdan sonra İmişli rayon Elektrik səbəsinin ağsaqqallarının yerli şurası təsis edildi. Səs vermə yolu ilə yerli şuranın 11 nəfər idarə heyətinin üzvü, sədri və 2 müavini seçildi. Rauf Quliyev, Möhbalı Orucov, Mehdi Vəliyev, Nəvaşir Bəşirov, Vahid Mənəfov, Əjdər Quliyev, Xanbaba Orucov, Muxtar Nəhmədov, Heydər Babayev, Xəzər Əliyev, Mübariz Tağıyev yerli təşkilatın idarə heyətinin üzvləri, Nəvaşir Bəşirov sədri, Vahid Mənəfov , Xanbaba Orucov sədrin müavinləri seçildilər. <> Bununla da Elektrik şəbəkəsinin yerli ağsaqqallar şurası təsis edildi və tədbir yekunlaşdı.