İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurası ilə İmişli rayon Cavadxanlı kənd Ağsaqqallarının birgə tədbiri keçirildi.

11-10-2024

Xəbər Şəkli

<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvü Mayıl Hacıyev, sədr köməkçisi Ramiz Əliyev, Qaralar kənd icra nümayəndəsi Etbar Qasımov, Cavadxanlı kəndinin ağsaqqalları iştirak edirdilər. <> Tədbirin əsas məsələsi İmişli rayon Ağsaqqallar Şurasının son dövrdə həyata keçirdiyi tədbirlər barədə hesabat və İmişli rayon Cavadxanlı kəndində yerli kənd ağsaqqallar şurasının təsis edilməsi idi. <> Məsələ barədə İmişli rayon Ağsaqqallar şurasının sədri Saleh Səmədov məlumat verdi. O ilk olaraq respublika Ağsaqqallar şurası və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev adından Cavadxanlı kənd ağsaqqallarını təbrik etdi və onlara yeni ictimai-siyasi fəaliyyətlərində uğurlar dilədi. <> Daha sonra qeyd etdi ki, rayon şurasında son vaxtlar 10 yeni ərazi təşkilatı yaranmış üzvlərinin sayı isə 1027 nəfər çatmışdır. Bütün bunlar həyata keçirilən səmərəli və gərgin fəaliyyətin nəticəsində mümkün olmuşdur. Sonra şura sədri rayon təşkilatının milli-mənəvi dəyərlərimiz və hərbi-vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərdən danışdı və bunun böyük əhəmiyyət kəsb etdiyini bildirdi. <> Tədbirdə çıxış edən Sədr müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvü Mayıl Hacıyev, sədr köməkçisi Ramiz Əliyev, Qaralar kənd icra nümayəndəsi Etibar Qasımov, yeni yaranan Cavadxanlı kənd ərazi təşkilatının üzvlərini təbrik etdilər və qeyd etdilər ki, bu yeni kənd ərazi təşkilatının üzərinə mühüm vəzifələr düşür və bu vəzifələrin icrası üçün bütün qüvvə və bacarıqlarını sərf etməlidirlər. <> Çıxışlar yekunlaşdıqdan sonra Cavadxanlı kənd yeni ərazi təşkilatı təsis edildi. Səs vermə yolu ilə yerli şuranın 11 nəfər idarə heyətinin üzvü, sədri və 3 müavini seçildi. Vilayət Abdullayev, Mehman Hünbətov, Qabil Xəlilov, Əliqismət Fətullayev, Vidadi Əsədov, Səxavət Eynalov, Səhliyalı Fətullayev, Yaqub Yusubov, Seyfulla Muxtarov, Eynulla Xəlilov, İlqar Fətullayev yerli təşkilatın idarə heyətinin üzvləri, Qabil Xəlilov sədr, Vilayət Abdullayev, Mehman Hünbətov və Eynulla Xəlilov sədr müavini seçildilər. <> Beləliklə Cavadxanlı kənd yerli ağsaqqallar şurası təsis edildi və tədbir yekunlaşdı.