İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli Rayon Ağsaqqallar Şurası İdarə heyətinin rəhbərliyi Yalavac kənd ağsaqqalları ilə görüş keçirdi.

23-11-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov, milli məsələlər üzrə sədrin köməkçisi Adil Kərimov və Yalavac kənd ağsaqqalları iştirak edirdi. <> Görüşü İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov açaraq ağsaqqalları salamladı. Sonra Ulu Öndər Heydər Əliyevin, Vətəv müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. <> Çıxışına davam edən Saleh Səmədov dəmir yumruqlu, dəmir iradəli, cəsur, möhtərəm cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan davamlı və dayanıqlı sosial-iqtisadi, siyasi kurs nəticəsində Azərbaycanın dünya ölkələri arasında nüfuz sahibi olduğunu qeyd etdi. <> Ümummilli Lider Heydər Əliyevin ağsaqqallara verdiyi ən böyük qiyməti - “Ağsaqqallar milli - mənəvi dəyərlərimizin qızıl fondudur!“ məşhur kəlamını xatırlatdı. <> Görüşdə çıxış edən sədrin birinci müavini Vahid Tağıyev Azərbaycanda ağsaqqallıq missiyasının milli, mənəvi dəyərlərimizdən biri olduğunu faktlar əsasında qeyd etdi. Bildirdi ki, Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi bir neçə ay ərzində nəzərə çarpacaq dərəcədə uğurlu tədbirlər həyata keçirilib. Habelə, ağsaqqallar şurasının 6 ay bundan öncə 177 üzvü olduğu halda, hazırda rayonda şura üzvlərin sayının 1.500 nəfəri keçdiyini bildirdi. <> Sonra Murad Seyidov Ağsaqqallar Şurasının məqsədi və əsasnaməsi haqqında məlumat verdi. O, əsasnamənin müvafiq maddələrinə uyğun olaraq izah etdi ki, açıq səsvermə ilə 9 nəfər idarə heyətinə üzv və onların da sırasından bir nəfər sədr və iki nəfər sədr müavini seçilməlidir. <> Adil Kərimov təkliflər əsasında əsasnaməyə uyğun olaraq seçiləcək namizədlərin ad, soyadlarını oxuyaraq səsvermyə təqdim etdi. <> Səsvermə zamanı; Xəlilov Cəbrayıl, Əliyev Arif, Cəbiyev Rövşən, Məmmədov Qafar, Əliyev Əli, Xəlilov Adil, İbrahimov Qəzənfər, Əliyev Vahid və Cəmilov Rafiq İdarə heyətinin üzvü, eyni zamanda Xəlilov Cəbrayıl - sədr, Əliyev Arif, Cəbiyev Rövşən sədr müavini seçildilər. <> Sonda İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Yalavac kənd ərazi təşkilatının təşkili münasibətilə kənd ağsaqqallarını təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.