İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurası İdarə Heyətinin rəhbərliyi İmişli rayon Mərkəzi rayon xəstəxanasında tədbir keçirmişdir.

12-11-2024

Xəbər Şəkli

<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, aparat rəhbəri Murad Seyidov, Millətlərarası münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov və Mərkəzi rayon xəstəxanasının bir qrup ağsaqqal həkimləri iştirak edirdilər. <> Tədbiri giriş sözü ilə açan Saleh Səmədov görüş iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri millət vəkili, Milli Məclisin Hesablama Palatasının sədri, Azərbaycan Kooperasiya universitetinin rektoru, professor Eldar Quliyevin adından salamladı və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etdi! Sonra natiq cəfakeş həkimlərimizin cəmiyyətdəki əvəzolunmaz fəaliyyətindən söz açaraq onlara öz minnətdarlığını bildirdi. Fikrini davam etdirən Saleh müəllim görüş iştirakçılarına Ağsaqqallar şurasının məqsəd və məramları barədə məlumat verdi. Şura sədrinin çıxışı ətrafında müzakirələr oldu. <> Millətlərarası Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov Kollektiv Qərbin ixrac etməkdə israrlı olduğu qeyri-ənənəvi "dəyərlər"in qarşısını almaq, cəmiyyətimizi, xüsusilə gənc nəsli bu cür zəhərli ideoloji təsirlərdən qorumaq kimi tarixi missiyanın Azərbaycan Ağsaqqallar Şurasının, onun tərkib hissəsi olan İmişli Ağsaqqallar Şurasının çiyinlərinə düşdüyünü bəyan etdi! Toplantı iştirakçılarından həkimlər Abbas Abbasov, Fuad Abışov, Şahin Əliyev mövzuya öz münasibətlərini bildirdilər. Sonra təşkilati məsələyə baxıldı! <> Açıq səsvermə yolu ilə Mərkəzi xəstəxana Ağsaqqallar Şurasının İdarə Heyətinə yeddi nəfər üzv seçildi. Sonra Mərkəzi rayon xəstəxanası İdarə Heyətinin üzvləri açıq səsvermə yolu ilə təşkilata sədr və müavinləri seçdilər. Həkim Əliyev Şahin Bəhmən oğlu sədr, Salahov Rasim Tapdıq oğlu. və Qazaxlı Rafiq Saday oğlu sədrin müavinləri seçildilər. Tədbirin sonunda Saleh Səmədov İmişli rayon Mərkəzi xəstəxanası Ağsaqqallar Şurasının yeni seçilmiş İdarə Heyətinin üzvlərini və rəhbər heyətini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. <> Bununla da İmişli rayon Ağsaqqallar Şurası rəhbərliyinin İmişli rayon Mərkəzi xəstəxanasında baş tutan tədbiri sona çatdı.