İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurası Bəhrəmtəpə qəsəbə yerli Ağsaqqalları şurası ilə birgə şəhid Hüseynov Nazim Yaqub oğlunun Anım Günü münasibəti ilə tədbir keçirildi.

09-10-2024

Xəbər Şəkli

<> Tədbir şəhidin xatirəsini əbədiləşdirmək üçün Bəhrəmtəpə qəsəbəsində inşa edilmiş bulağın ətrafında təşkil edilmişdir. <> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının nümayəndələrindən şuranın sədri Saleh Səmədov, sədr müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvləri Güloğlan Xudiyev, Mayıl Hacıyev, şura sədrinin köməkçisi Ramiz Əliyev, şura üzvü Adil Kərimov, Bəhrəmtəpə qəsəbə yerli Ağsaqqallar Şurasının sədri Yaqub Hacıyev, sədrin müavini Məhəmmədəli Zeynalov, rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov, tədbirin aparıcısı Camal Sadıqov, Bəhrəmtəpə qəsəbə ağsaqqalları, Bəhrəmtəpə, Hacıbabalı tam orta məktəbin müəllimləri və şagirdləri iştirak etdilər. <> Tədbirdə Bəhrəmtəpə qəsəbə sakini, 44 günlük Vətən Müharibəsində Hadrut rayonunun Azad olunması uğrunda gedən döyüşlərdə Qəhrəmanlıq göstərərək 08.10.2020-ci ildə Şəhidlik zirvəsinə ucalan, Müzəffər Azərbaycan ordusunun zabiti, Mayor Hüseynov Nazim Yaqub oğlunun "Anım günü" qeyd olundu. Tədbirin aparıcısı Camal Sadıqov Şəhid Nazimin məktəb illərində necə vətənpərvər şagird olmasından xatirələr danışdı və ilk sözü Şəhidin atası Yaqub kişiyə verdi. Yaqub kişi oğlunun uşaqlıq və tələbəlik illərinə səyahət edərək xoş xatirələrdən söhbət açdı. Sonra İmişli rayon Ağsaqqallar Şurasının sədr müavini Səlim Məhərrəmov ilk öncə İmişli Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun '"Baş sağlığını" çatdırdı və az müddət ərzində Anım Günü ilə əlaqədar rayonumuzun müxtəlif ərazilərində Ağsaqqallar Şurasının ərazi təşkilatlarının həyata keçirdiyi tədbirlərdən danışdı və Şəhid Hüseynov Nazim Yaqub oğlunun şəxsində bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. Tədbirdə həmçinin İmişli Ağsaqqallar Şurasının sədrinin köməkçisi Ramiz Əliyev, Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri Mail Hacıyev, Güloğlan Xudiyev, şura üzvü Adil Kərimov, İmişli Mədəniyyət mərkəzinin direktoru Sərvər Şirinov və şəhidin qardaşı çıxış etdilər. Tədbirin sonunda Bəhrəmtəpə və Hacıbabalı tam orta məktəbin şagirdləri Şəhidlərimizə ithaf olunmuş hərbi-vətənpərvərlik ruhlu şeirlər oxudular. <> Sonda tədbir iştirakçıları Şəhid Hüseynov Nazimin adını daşıyan "Şəhidlər bulağına" gül dəstələri qoydular. <> "Şəhidlər ölməz, Vətən bölünməz!"