17-02-2025
<> Azərbaycanın ictimai - siyasi xadimi, Yeni Azərbaycan Partiyasının aparıcı şəxslərindən biri, hər zaman amalı, düşüncəsi doğma xalqı, milləti ilə olan, həyat və fəaliyyətini yalnız dövlətçiliyə xidmət etməklə davam etdirən hörmətli Siyavuş Dünyamalı oğlu Novruzovu doğum günü münasibəti ilə təbrik edir, ən şirin nemət olan can sağlığı, dövlətçilik sahəsində çoxşaxəli fəaliyyətində uğurlar arzulayırıq! <> Məlumat üçün qısaca olaraq bildiririk ki, S.D.Novruzov 17 fevral 1969- cu ildə anadan olub. Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V, VI və VII çağırış deputatı, Milli Məclisin Komitə sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur. <> Hörmətli Siyavuş Dünyamalı oğlu Novruzov! Sizi, bu əziz gününüzdə təbrik edirik! <> Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dünyanın ən sabit, daimi inkişaf etməkdə olan dövlətlərindən birinə çevrilmişdir. Siz, Prezidentimizə, dövlətə və dövlətçiliyə həmişə sədaqətlə xidmət edirsiniz. Budan sonra da, bu şərəfli fəaliyyətinizdə sizə uğurlar və yeni- yeni nailiyyətlər arzulayırıq! <> Saleh Səmədov <> İmişli Rayon Ağsaqqallar Şurasının sədri