İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurası "18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası günü" münasibətilə tədbir keçirdi.

18-10-2024

Xəbər Şəkli

<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramiz Əliyev, Millətlərarası məsələlər üzrə sədrin köməkçisi Adil Kərimov, Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov, İdarə Heyətinin üzvləri Famil İmanov , Güloğlan Xudiyev, Həmid Şirinov, Məhərrəm Əliyev, Elektrik şəbəkəsinin nəznindəki ərazi təşkilatının sədri Nəvaşir Bəşirov və təşkilatın bir qrup üzvü, Mədəniyyət mərkəzinin nəznindəki ərazi təşkilatının sədri Mobil Salmanov və təşkilatın bir qrup üzvü, Ağsaqqallar Şurasının nümayəndələri iştirak edirdilər. <> Tədbiri açıq elan edən İmişli rayon Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramiz Əliyev Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad etdi. <> Çıxışına davam edən "18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası günü" münasibətilə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun səmimi salamlarını və təbrikini çatdırdı. <> Ramiz Əliyev müasir, müstəqil, suveren Azərbaycan Respublikasının dünya ölkələri içərisində özünəməxsus yer tutmasından, parlaq uğurlarından söz açaraq Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kursun, Azərbaycanın bütün sahələrini əhatə edən islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dayanıqlı və uğurla həyata keçirdiyini diqqətə çatdırdı. Sonra İmişli rayon Ağsaqqallar Şurasının Millətlərarası məsələlər üzrə köməkçisi Adil Kərimov öz çıxışında Ulu Öndərin dövlətimiz və dövlətçiliyimiz üçün qurub yaratdığı müasir, müstəqil, suveren və demokratik Azərbaycanımızın dünya ölkələrini heyrətə salan uğurlarından söhbət açdı. Daha sonra sədrin Humanitar məsələlər üzrə köməkçisi Murad Seyidov Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulmasından, 23 aylıq müstəqillik dövründə həyata keçirilən nailiyyətlərdən, 71 illik sovetlər dönəmində ictimai, iqtisadi, siyasi və mədəni inkişafından, nail olduğu uğurlu yeniliklər haqqında maraqlı məlumatlar verdi. <> Bununla da tədbir yekunlaşdı.