İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli Bəhrəmtəpə Hidroqovşaq İstismar İdarəsində rayon Ağsaqqallar Şurası ilə yerli idarənin ağsaqqallarının birgə tədbiri keçirdi.

07-10-2024

Xəbər Şəkli

<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurası sədrinin müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvü Famil İmanov, sədr köməkçisi Ramiz Əliyev, Hidroqovşaq İstismar idarəsinin rəisi Cəlil Əliyev, idarənin 65 nəfər ağsaqqalı iştirak edirdi. <> Tədbirin əsas məsələsi Hidroqovşaq İstismar idarəsinin yerli Ağsaqqallar Şurasının yaradılması, tərkibin seçilməsi və rayon Ağsaqqallar Şurasının keçirdiyi tədbirlər haqqında məlumatın verilməsi idi. <> Məsələlər barədə rayon Ağsaqqallar Şurasının sədr müavini Səlim Məhərrəmov məlumat verdi. O, tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professo\r Eldar Quliyevin və tədbirdə üzürlü səbədən iştirak edə bilməyən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov adından təbrik etdi və onlara can sağlığı, bu yeni fəaliyyətlərində uğurlar arzuladı. <> Natiq Ağsaqqallar Şurasının son aylarda rayonumuzun müxtəlif ərazilərində, müəssisələrində həyata keçirdiyi tədbirlərdən danışdı. O, qeyd etdi ki, bu tədbirlər böyük əks səda doğurmuş rayonumuzda yaşayan əhali tərəfindən müsbət qarşılanaraq təqdir edilir. Məktəblərdə 15 sentyabr Bilik Günü və yeni dərs ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilmiş, şagirdlərə elmi biliklərin yiyələnməsi və vətənpərvərlik hislərinin aşılanması sahəsində uğurlar arzu edilmişdir. 27 sentyabr Anım Günü münasibəti ilə Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri və digər nümayəndələri Şəhidlər Xiyabanında olaraq şəhidlərin xatirəsinə əklil qoyulmuş, Bəhrəmtəpə qəsəbə, Yuxarı Qaralar, Xəlfəli kəndlərində və digər ərazilərdə yerli əhali ilə birgə Anım Günü tədbirində iştirak edilmiş, 01 oktyabr tarixində rayon şurasında Ahıllar Günü qeyd olunmuş və digər tədbirlər həyata keçirilmişdir. <> Şuranın sədr müavini yerli yeni ərazi təşkiltlarının yaradılması və rayon Ağsaqqallar Şurasının üzvlərinin 727 nəfərə çatması barədə məlumat verdi. <> Tədbirdə idarə heyətinin üzvü Famil İmanov, sədr köməkçisi Ramiz Əliyev, Hidroqovşaq İstismar idarəsinin rəisi Cəlil Əliyev və iştirak edən ağsaqqalların nümayəndələri öz çıxışlarında rayon Ağsaqqallar Şurasının fəaliyyətində baş verən bu yeniliklərdən danışaraq qeyd etdilər ki, ağsaqqalların nüfuzunun yüksəlməsi milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılaraq sonrakı nəsilə ötürülməsi sahəsində böyük rol oynayır. Təsərrüfat sahəsində və peşə fəaliyyəti istiqamətində əldə edilən təcrübənin gənclərə öyrədilməsi, istehsalat sahəsində çalışan ağsaqqallar və onların yaratdıqları yeni təşkilatların böyük əhəmiyyəti vardır. Buna görə də bu istiqamətdə şuranın fəaliyyəti gələcəkdə də davam etdirilməlidir. <> Bəhrəmtəpə Hidroqovşaq İstismar İdarəsinin Ağsaqqalları öz ərazi təşkilatlarını yaratdılar və səsvermə yolu ilə təşkilatın rəhbər tərkibini seçdilər. Səs vermə yolu ilə ərazi təşkilatının 9 nəfər idarə heyətinin üzvü, sədr və iki müavini seçildi. Camal Ağayev, Valeh İsayev, Kazım Cəfərov, Cəlil Əliyev, İlqar İsayev, Səyavuş Hüseynov, Firidun İsayev, Ədalət Nəhmədov, Əfsər Nəsirov ərazi təşkilatının idarə heyətinin üzvləri, Camal Ağayev – sədr, Valeh İsayev və Kazım Cəfərov sədrin müavinləri seçildilər. <> Beləliklə Bəhrəmtəpə Hidroqovşaq İstismas idarəsinin nəznində yerli ağsaqqallar şurası təsis edildi. <> Bununla da İmişli rayon Ağsaqqallar Şurasının Bəhrəmtəpə qəsəbəsində Hidroqovşaq İstismar idarəsi ilə keçirdiyi tədbir yekunlaşdı.