İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

HACI NAZİM CAMALOV - 67

10-04-2025

Xəbər Şəkli

<> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və İdarə heyətinin üzvləri adından <> TƏBRİK <> İmişli rayon Ağsaqqallar Şurasının Soltanmuradlı kənd ərazi təşkilatının sədri Hacı Nazim Camalovu 67 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona işlərində uğurlar və ən şirin nemət olan can sağlığı arzulayırıq! <> Ətraflı məlumat üçün bildiririk ki, Hacı Nazim Camalov 10 aprel 1958 - ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olub. Əvvəl Soltanmuradlı kənd ibtidai, sonra isə Qaralar kənd tam orta məktəbini bitirib. Hərbi xidmətdə sonra Azərbaycan Texnologiya İnsititutunda təhsil alıb. 1982 - ci ildə həmin institutu bitirdikdən sonra İmişli rayonunun Qaradonlu pambıq məntəqəsində və İmişli rayon Pambıq Zavodunda 10 il əmtəşünas işləyib. Bu dövrdə, eyni zamanda islam təhsili alıb. <> Sonrakı illərdə bir neçə dəfə Məşəd, Kərbala ziyarətində olub. 2015- ci ildə Həcc ziyarətinə gedib. Bu dövrdə bir sıra xeyriyyəçilik və xeyirxahlıq təşəbbüsləri göstərib. <> Hazırda İmişli rayon Ağsaqqallar Şurasının Soltanmuradlı kənd ərazi təşkilatının sədri olaraq aktiv fəaliyyət göstərir. <> Bir daha təbrik edirik, ömrünüz uzun, uğurlarınız bol olsun! <> Saleh Səmədov <> İmişli rayon Ağsaqqallar Şurasının sədri.