15-11-2024
<> Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə İmişli rayonunun ərazisində yerləşən “Azər Konyak” MMC-də görüş keçirilib. <> Görüşdə xarici ticarət iştirakçılarına gömrük sistemində həyata keçirilən yeniliklər, təkmilləşdirilmələr barədə məlumat verilib, gömrük rəsmiləşdirilməsinin, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə tətbiq edilən layihələr barədə fikir mübadiləsi aparılıb. <> Görüş çərçivəsində gömrük əməkdaşları tərəfindən “Azər Konyak” MMC-də istehsal prosesi əyani şəkildə izlənilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı müzakirə aparılıb, təklif və rəylər öyrənilib. <> DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi