İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Gəncə şəhərində “Ahıllar günü”nə həsr olunmuş tədbir keçirilib

01-10-2024

Xəbər Şəkli

<> Oktyabr ayının 1-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 11 nömrəli kitabxanasında Beynəlxalq Ahıllar gününə həsr olunmuş “Ömrün müdriklik çağı” adlı tədbir keçirilib. <> Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. <> Sonra filialın müdiri Esmira Əliyeva tədbir iştirakçılarını salamlayaraq “Ahıllar günü”nün yaranma tarixi haqqında onlara məlumat verib. O qeyd edib ki , BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə əsasən hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Natiq, həmçinin, Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi kimi Azərbaycanda 1993-cü ildən hər il Beynəlxalq Ahıllar Gününün yüksək səviyyədə qeyd olunduğunu da vurğulayıb. <> Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, sədrin birinci müavini, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, habelə təşkilatın sədr müavini, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov və Gəncə Şəhər Ağsaqqallar Şurasının mətbuat xidmətinin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, Patriot TV.az kanalının baş redaktoru Ceyhun Əliyev, Gəncə Maarif evinin rəhbəri İmamverdi Vəliyev, Ticarət və Xidmət üzrə Gəncə Peşə Təhsil Mərkəzinin müəllimi Mehri İbrahimova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu sosialyönümlü siyasət nəticəsində ahıllara göstərilən yüksək dövlət qayğısından bəhs ediblər. <> Tədbirdə, həmçinin, Ticarət və Xidmət üzrə Gəncə Peşə Təhsil Mərkəzinin Turizm təşkilatı qrupunun tələbələri və kitabxananın əməkdaşları da iştirak ediblər. <> Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.