06-05-2025
<> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun və idarə heyəti üzvlərinin <> TƏBRİKİ <> İmişli Rayon Ağsaqqallar Şurasının Məmmədli kənd ərazi təşkilatının sədri Ələkbərov Eyvaz Əskər oğlunu 74 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona işlərində uğurlar və ən şirin nemət olan can sağlığı arzulayırıq! <> Ətraflı məlumat üçün bildiririk ki, Eyvaz Ələkbərov 06 may 1951-ci ildə İmişli rayonunun Məmmədli kəndində anadan olub. Orta məktəbi Beyləqan rayonu Dünyamallar kəndində bitirmişdir. 1969-cı ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakultəsinə qəbul olaraq 1973-cu ildə ali təhsilini başa vurmuşdur. <> Sonra Telişli kənd tam orta məktəbində müəllim və direktor müavini işləmiş, bir müddət sonra Məmmədli kənd tam orta məktəbində direktor müavini olaraq fəaliyyətini davam etdirmişdir. 2000-ci ildən Ukraynanın Odessa şəhərində yaşayaraq biznes fəaliyyəti göstərmiş və eyni zamanda Ukraynada yaşayan Azərbaycanlılar arasında diaspor işlərilə məşqul olmuşdur. Onun həyatında xeyriyyəçilik, insanlara maddi və mənəvi yardım göstərmək həmişə diqqət çəkmişdit. <> Eyvaz Ələkbərov bir neçə ildir ki ki, yenidən doğma kəndi Məmmədlidə yaşayır, əhali arasında kifayət qədər nüfüza sahibdir. Hal- hazırda İmişli rayonu Ağsaqqallar Şurasının Məmmədli kənd ərazi təşkilatının sədri olaraq aktiv fəaliyyət göstərir. <> Eyvaz müəllim, sizi bir daha təbrik edirik, ömrünüz uzun, uğurlarınız bol olsun! <> Saleh Səmədov <> İmişli rayon Ağsaqqallar Şurasının sədri.