İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Dəmiryol keçidinin bərpası və təmiri

05-02-2025

Xəbər Şəkli

<> İmişli rayon Ağsaqqallar Şurasının sədri hörmətli Saleh Səmədovun adına rayonun Depo və Otuziki adlanan yaşayış sahəsində yaşayan bir qrup sakini müraciət ünvanlamışdı. <> Onlar şəhər mərkəzini iki hissəyə ayıran Ələt - Qaradiz dəmiryol xəttini keçərkən çox əziyyət çəkdiklərini bildirdilər. Sakinlər dəmiryol xəttini keçən yolun bərbad vəziyyətdə olduğunu xüsusi qeyd etmişdilər. <> İmişli rayon Ağsaqqallar Şurasının sədri hörmətli Saleh Səmədov sakinlərin müraciətinə çox operativ yanaşaraq Azərbaycan Dəmiryol Qapalı Səhmdar Cəmiyyətinin sədri hörmətli Rövşən Rüstəmova müraciət etdi. <> Öz növbəsində cənab Rövşən Rüstəmov müraciətə operativ şəkildə yanaşaraq, lazımı işlərin yerinə yetirilməsi üçün göstərişlərini verdi. <> Dünən, 04.02.2025- ci il tarixində İmişli rayon Ağsaqqallar Şurasının sədri hörmətli Saleh Səmədovun yaxından köməyi və dəstəyi sayəsində dəmiryol xəttini keçən hissə tamamilə sökülərək, müasir tələblərə cavab verən keçid yüksək səviyyədə təmir və bərpa olundu. <> Artıq rayon sakinləri və eləcə də rayonumuzun qonaqların rahatlığı üçün bütün işlər yekunlaşıb. <> Bu operativliyə görə İmişli Rayon Ağsaqqallar Şurası və rayon ictimaiyyəti adından keçidin təmir və bərpa olunmasında əməyi olan hər kəsə təşəkkür və minnətdarlığımızı bildiririk.