İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Dəfn mərasimi keçirilmişdir.

06-11-2024

Xəbər Şəkli

<> 06 noyabr 2024-cü il tarixdə İmişli rayon sakini Lanşov Nikolay Mixayıloviç vəfat etmişdir! <> İmişli rayon Ağsaqqallar Şurası mərhumun dəfn mərasimini təşkili üçün müvafiq tədbirləri həyata keçirmişdir. Dəfn mərasimində İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, şura idarə heyətinin üzvləri, İmişli rayon Rus icmasının sədri Lyudmila Aleksandrovna Beteva, icma üzvləri və İmişli rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. <> Xatırladırıq ki, bir neçə ay öncə İmişli rayon Ağsaqqallar şurasının sədri Saleh Səmədovun təşəbbüsü və maliyə dəstəyi ilə İmişli rayonunda yerləşən Rus qəbiristanlığının ətrafı mişar daşları ilə hasarlanmış, abadlıq və təmir işləri görülmüşdür. <> İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi, bir daha mərhumun bacısı, İmişli rayon Məzrəli kənd uşaq bağçasının müdiri Lanşova Mariya Mixayılovnaya və digər ailə üzvlərinə dərin hüzünlə baş sağlığı verir!