15-01-2025
<> Yanvar ayının 14-də Rayonun Şahverdili kəndində uzun müddət ağır xəstəlikdən sonra dünyasını dəyişmiş Cəbrayılov Şakir Muxtar oğlunun yas mərasiminə maddi yardım göstərildi. <> Belə ki, Ağsaqqallar Şurasının sədri cənab Saleh Səmədov Şahverdili kənd Ağsaqqallar Şurasının və kəndin axundlarının, o cümlədən mərhumun qardaşının müraciətini dərhal cavablandıraraq 1 baş qoyun, zəruri ərzaq məhsullarını mərhumun yaxınlarına təqdim edilməsi üçün müvafiq tapşırıqlarını verdi. Kənd İcra nümayəndəsi, Bələdiyyə sədri və digər sakinlər imkansız ailəyəgöstərilən yardıma görə İmişli rayon Ağsaqqallar Şurasına və şəxsən şuranın sədri Saleh müəllim Səmədova dərin təşəkkürlərin bildirdilər