26-11-2024
<> COP 29 uğurla başa çatdı. <> Bu məqsədlə İmişli Rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvləri ilə tədbir keçirildi. <> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxış etdi. <> O, bildirdi ki, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransı ,COP 29 dünyanın diqqətini Azərbaycana cəlb etmişdir. Bu, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaş əlaqələrinin yaradılması, ictimai-siyasi, iqtisadi - coğrafi, ədəbi -mədəni, ümumiyyətlə, dünyanın işıqlı gələcəyi, dünyanı bürüyən qlobal problemlərin araşdırılması, təhlil olunması və bu problemlərin həlli yollarına bir kompas, bir mayak oldu. <> Saleh Səmədov çıxışı zamanı xüsusi vurğuladı ki, əvvəllər olduğu kimi bu gün də bəzi Avropa ölkələri Azərbaycanın ev sahibliyi etdiyi COP 29 haqqında heç bir elmi əsası olmayan uydurma xarakterli şər və böhtanlar söyləyirlər. Lakin mən qürur və iftixar hissi ilə bildirmək istəyirəm ki, müzəffər Ali Baş komandan, möhtərəm prezidentimiz cənab İlham Əliyevin uzaqgörən, davamlı, dayanıqlı, düzgün siyasəti və cəsarəti sayəsində COP 29 uğurla başa çatdı. Bizə, Azərbaycana, xüsusən Prezident cənab İlham Əliyevə yönəlmiş ikiüzlü siyasətləri və qısqanclıqları gözlərində qaldı. <> Hamıya məlumdur ki, COP 29 çərçivəsində keçirilən görüşlərdə, tədbirlərdə Qərbi Azərbaycan İcması <QAİ> Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyanın bəyanatında bildirilir ki ,Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin mandatdan kənara çıxan siyasətləşdirilmiş, qərəzli mövqeyini ölkəmizə qarşı aparılan düşmənçilik addımı kimi qiymətləndirir və qınayır. <> Saleh Səmədov nəzərə çatdırdı ki, Qərbi Azərbaycan İcması, QAİ, dünya ictimaiyyətinə çatdırmaq üçün bəyanat yaydı: "ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frank Peloni COP 29 da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yalnış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır." <> Fəqət onlar unudurlar ki, Azərbaycan və tərəqqipərvər bəşəriyyət ikili siyasət oynayan bəzi Avropa ölkələrinin iç üzünü Azərbaycan 44 günlük Vətən Müharibəsi zamanı 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi.Dəmir Yumruqlu müzəffər prezidentimizin dediyi kimi, ikili siyasət oynayan bəzi Avropa ölkələrinin istək və arzuları gözlərində qaldı, gorbagor oldu. <> Saleh Səmədov çıxış edərək bildirdi ki, COP 29 yüksək səviyyədə təşkil olunduğuna görə təşəkkür və minnətdarlıqlarını bildirmək üçün qətnamə qəbul ediblər. Həmçinin müzakirələrin hesabatları, keçirilən görüş və tədbirlərin protokolları öz təsdiqini tapıb. <> 2035-ci ilə qədər inkişaf etmiş ölkələr inkişaf etməkdə olan, həmçinin kiçik ada və Afrika dövlətlərinə yaşlı iqlimə, eyni zamanda ekoloji təmizliyə nail olmaq üçün ayrılacay maliyyə yardımının miqdarı 300 milyard ABŞ dolları məbləğinə çatdırılacaq. Bu da o deməkdir ki, COP 29 öz missiyasını, məqsəd və məramını yüksək səviyyədə həyata keçirdi . <> Saleh Səmədov xüsusi olaraq qeyd etdi ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Hesablama Komissiyasının sədri, “Azərittifaq“-ın sədri, Azərbaycan Koperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin yaxından köməyi və dəstəyi ilə İmişli rayon Ağsaqqallar Şurası olaraq Azərbaycan prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətini daim dəstəkləyirik. İmişli rayon Ağsaqqalları hər zaman olduğu kimi bu gün də cənab prezidentimizin apardığı siyasəti əldə mayak olaraq tuturlar. <> Çıxışının sonunda Saleh Səmədov Ali Baş komandan möhtərəm prezident cənab İlham Əliyevin şəxsində COP 29 un uğurla və qalibiyyətlə başa çatması münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi və yeni -yeni uğurlar arzuladı. <> Yaşasın Azərbaycan və dost ölkələr! <> Yaşasın Azərbaycan və Rusiya dostluğu!