İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

CAHİD ƏLİYEV - 60

21-11-2024

Xəbər Şəkli

<> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və İdarə heyətinin üzvləri adından <> TƏBRİK <> Qızılkənd Ağsaqqallar Şurası ərazi təşkilatının sədri Cahid Hacan oğlu Əliyevi 60 illik yubleyi münasibəti ilə təbrik edir, ona işlərində uğurlar və ən şirin nemət olan can sağlığı arzulayırıq!<> Ətraflı məlumat üçün bildiririk ki, Cahid Hacan oğlu Əliyev 21 noyabr 1964-cü il tarixdə İmişli rayon Qızılkənd kəndində anadan olub. Həmin kənddə tam orta təhsil almışdır. Sonra təhsilini davam etdirərək Azərbaycan Kənd Təsərrüfatı İnisitutunun Zomühəndis fakultəsini bitirib. İxtisaslı mütəxəsis olaraq məhsuldar iribuynuzlu heyvan cinslərinin yetişdirilməsi üzrə müvafiq təşkilatlarda çalışmışdır. Habelə, İmişli rayon damazlıq idarəsində zootexnik kimi səmərəli fəaliyyət göstərib. <> 1989-1996-cı illərdə H.Aslanov adına kolxozda ferma müdiri işləyib. Sonra isə 2016-cı ilə qədər özəl təsərrüfatla məşğul olub. <> 2017-ci ildə İmişli rayon Qızılkənd bələdiyəsinin sədri seçilmiş və hal-hazırda həmin vəzifədə fəaliyyətini davam etdirir. O, Yeni Azərbaycan Partiyasının üzvüdür. <> 2024-cü ildə İmişli rayon Ağsaqqallar Şurasının yenidən təşkilatlanması dövründə Ağsaqqallar Şurası Qızılkənd ərazi təşkilatının sədri seçilmişdir. <> Bir daha Cahid Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona çoxşaxəli fəaliyyətdə yeni nailiyyətlər arzulayırıq!