30-07-2024
İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan doğum günü hər il xüsusilə qeyd olunur. Bu gün iradəsi sayəsində öz yolunu tapan, arzu və istəyinə qovuşan ziyalımız - Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənlinin ad günüdür. "Dünya yaxşıların çiyinləri üstündədir" - deyir müdriklər. Xeyirxah insanların əməlləri sayəsində həyat gözəlləşir, ömür şirinləşir. İnsan oğlunun adına zinət verən onun əməlləridir. Yaxşı ad həyatda zərrə-zərrə, misqal-misqal qazanılır. İnsanın mənəvi zənginlik deyilən ucalığa canatma arzusu bütün yaxşıların fitrətində olsa da, bu ucalığa yetmək hər kəsə nəsib olmur. Ramin Həsənli bu ucalıq zirvəsindədir. Bütün ömrünü dövlətçiliyə xidmətə həsr edən, yetərincə tanınmış, cəmiyyətdə özünü təsdiqetmiş bir insan kimi qəlblərdə ehtiramlı yer tutan Ramin müəllimi İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və Şuranın çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xidməti fəaliyyətində yeni-uğurlar arzulayırıq. Hörmətlə, Saleh Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri