18-09-2024
<> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin köməkçisi Ramiz Əliyev Bəhrəmtəpə qəsəbəsində və Göbəktala kəndində olaraq həmin ərazilərin Ağsaqqalları ilə görüş keçirdilər. <> Məqsəd həmin ərazilərin ağsaqqallar şurası üçün nəzərdə tutulan iş otaqlarının vəziyyəti ilə tanış olmaq, orada aparılacaq təmir işlərinin tutumu və həmin iş otaqlarının lazımı mebellərlə təmin edilməsi idi. <> Şuranın sədri Saleh Səmədov vəziyyətlə tanış olduqdan sonra öz mülahizələrini bildirdi və bu işlər üçün tələb olunan vəsaitin ayrılacağını vəd etdi. O, eyni zamanda həm Bəhrəmtəpə, həm də Göbəktala-Şahverdili ağsaqqallarının həyata keçirəcəyi tədbirlər barədə öz tövsiyələrini bildirdi. <> Bəhrəmtəpə qəsəbə ağsaqqallar şurasının sədri Yaqub Hüseynov, üzvlərdən Məhəmmədəli Zeynalov, Qafqaz Behbudov, Mədət Tapdıqlı, Göbəktala-Şahverdili ağsaqqallar Şurasının sədri Üzeyir Ataşov, üzvlərdən Qəzənfər Süleymanov, Əli Qurbanov, Malik Əzimov rayon ağsaqqallar şurasının apardığı məqsədyönlü, müsbət işlərdən danışaraq bu tədbirlərin rayon ağsaqqallarının nüfuzunu daha da artırdığını qeyd etdilər. Yeni dərs ilinin başlanması ilə əlaqədar 15 sentyabr bilik günü münasibətilə rayonun bütün məktəblərində ağsaqqallar şurasının üzvlərinin iştirak edərək müəllimlərə və şagirdlərə təhsil sahəsində uğurlar qazanmasını tövsiyə etmələrini də müsbət hal kimi xüsusən vurğuladılar. Yerli şuraların üzvləri həmçinin gələcəkdəki işlərindən də danışdırlar.