İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

BAŞSAĞLIĞI

11-09-2024

Xəbər Şəkli

Tovuz Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı, müdrik ağsaqqal Tofiq Məhəmmədəli oğlu Zeynalov 2024-cü il sentyabr ayının 11-də 80 yaşında vəfat etmişdir. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən Tofiq Zeynalov uzun müddət rəhbər vəzifələrdə çalışmışdır. Üzərinə düşən bütün vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla o, çalışdığı sahələrdə göstərilən etimadı həmişə layiqincə doğrultmuşdur. Tofiq Zeynalov öz həqiqi vətəndaşlıq borcunu yerinə yetirərək daim milli mənafelərə sədaqət nümayiş etdirmişdir. İctimai fəaliyyəti yüksək qiymətləndirilən Tofiq müəllim bir sıra təltiflərə, o cümlədən Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" ordeninə layiq görülmüşdür. <> Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Hesablayıcı Komissiyanın sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevə, Azərbaycan ictimaiyyətinə, Zeynalovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Tofiq Zeynalovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. <> Allah rəhmət eləsin! <> Dərin hüznlə, <> İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından rayon Şurasının sədri Saleh Səmədov