İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

BAŞSAĞLIĞI

16-10-2024

Xəbər Şəkli

<> Azərbaycan Ağsaqqallar Şurasına və ölkə ictimaiyyətinə ağır itki üz vermişdir. Şuranın İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov 2024-cü il oktyabr ayının 16-da vəfat etmişdir. <> Örnək davranışı ilə seçilən və sevilən Ağakərim İbrahimov gözəl ailə başçısı, qayğıkeş ata olaraq övladlarına hər zaman vətənpərvərlik, dürüstlük, xeyirxahlıq kimi ali dəyərlər aşılamış, onları mübariz ruhda tərbiyə etmişdir. Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi olan şəhid Mübariz İbrahimov kimi igid övlad yetişdirmişdir. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olan Ağakərim İbrahimov gənclərimizin özlərinə örnək götürdüyü şücaətli oğul böyüdən qəhrəman ata kimi cəmiyyətimiz üçün bir nümunə idi. <> Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, İbrahimovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Gözəl insan və dəyərli ağsaqqal Ağakərim İbrahimovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. <> Allah rəhmət eləsin! <> Dərin hüznlə, <> Azərbaycan Ağsaqqallar Şurasının İdarə <> Heyətinin üzvləri adından Şuranın sədri, <> millət vəkili, professor Eldar QULİYEV