26-11-2024
<> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və İdarə heyətinin üzvləri <> Vətən müharibəsi şəhidi Osman Cəfərin vəfatı ilə əlaqədar onun ailəsinə, əzizlərinə xüsusən atası <> Elsəvər Cəfərə <> Dərin hüzünlə başsağlığı verir və Ulu yaradandan səbr diləyirlər. <> Allah rəhmət eləsin! <> Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Hesablama Komissiyasının sədri, "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin yaxından dəstəyi nəticəsində İmişli rayon Ağsaqqallar Şurası şəhidlərin Anım və Mövlud günlərini xüsusi olaraq qeyd edir, onların ailələri ilə görüşür və dəstəyini əsirgəmir. <> 44 günlük Vətən müharibəsində qazanılmış “Zəfər”imiz heç də qansız, qadasız başa gəlməyib. Bu parlaq qələbənin qazanılmasında üç mindən artiq övladlarımız şəhidlik zirvəsinə yüksəldi. Belə qəhrəmanlardan biri də Laçın Dəhlizi uğrunda gedən döyüşdə şəhadətə ucalan Osman Cəfər Elsəvər oğludur. <> Osman 17 iyun 1998-ci ildə İmişli rayonun Otuziki kəndində dünyaya gəlib. Orta təhsilini öz doğma kəndində alıb. <> 2020-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan Osman Cəfər həmin il Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. <> Vətən müharibəsində xüsusi igidlik göstərən sıravi əsgər Osman Cəbrayıl və Qubadlının işğaldan azad olunmasında iştirak edib. <> 2020-ci ildə noyabrın 4-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadət şərbətini içdi. Onun cənazəsi 22 gündən sonra, 26 noyabr 2020-ci il tarixdə doğulub böyüdüyü İmişli rayonunda dəfn edildi. <> Osman Cəfər ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli, sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” 29.12.2020-ci il tarixli, sərəncamı ilə “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. 30.12.2020-ci il tarixli sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. <> Allah rəhmət eləsin!