13-03-2025
<> Mart ayının 12- də Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə daxil olmaqla bu beş rayonda Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, cənab Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə 250-dən çox aztəminatlı ağsaqqal ailələrinə Novruz bayramı münasibəti ilə bütün zəruri ərzaq məhsullarından ibarət bayram payları çatdırılıb. <> Beş rayonda keçirilən tədbirdə deputat ofisinin nümayəndələri də iştirak edib və Ağalar müəllimin adından ağsaqqallar təbrik olunub.