İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Azərbaycan Milli Elmlər Akademiyasının alimləri “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunublar

11-04-2025

Xəbər Şəkli

<> Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Gününə həsr edilmiş tədbiri keçirilib. Tədbirdə AMEA-nın prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, AR Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov, AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – akademik Arif Həşimov və AMEA-nın müxbir üzvü Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, eləcə də Milli Məclisin deputatları, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın, Elm və Təhsil Nazirliyinin elmi müəssisələrinin və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Kitabxanasının nümayəndələri, gənc alimlər və KİV təmsilçiləri iştirak ediblər. <> Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb və xatirəsi ehtiramla yad edilib. <> Sonra Elm Gününə həsr edilmiş elmi nailiyyətləri əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın əsərlərindən ibarət sərgiyə baxılıb, onun imza saatı təşkil olunub. <> Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq “Elm Günü və elmlə ədəbiyyatın dialoqu” mövzusunda məruzə edib. Builki Elm Gününün AMEA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamı ilə keçilmiş şərəfli tarixi yola yüksək qiymət verildiyini və Akademiyanın gələcək vəzifələrini müəyyənləşdirdiyini bildirib. <> Çıxışı zamanı elmin inkişafı sahəsində qazanılan uğurlardan ətraflı bəhs edən natiq Azərbaycan elminin ötən 80 il ərzində dünyaşöhrətli görkəmli alimlər yetişdirdiyini və mühüm nailiyyətlər əldə edərək elmi məktəblər yaratdığını vurğulayıb. Ölkəmizin elmi tarixində iz qoymuş görkəmli alimlərimizin xatirəsinin daim əziz olduğunu, onların formalaşdırdığı ənənənin bu gün milli elmi elita tərəfindən müasir çağırışlara uyğun olaraq, daha da zənginləşdirilərək davam etdirildiyini söyləyib. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və uğurla həyata keçirdiyi elm siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısının daim elmə, təhsilə, ədəbiyyata və ümumilikdə milli mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Əldə olunmuş nailiyyətlərin bugünkü sərgidə geniş nümayiş etdirildiyini vurğulayan AMEA rəhbəri sərgidə gənclərin aktiv iştirakının elmimizin gələcəyinə olan inamın əyani göstəricisi olduğunu qeyd edib. Builki Elm Günü tədbirinin həm də Azərbaycan Yazıçılar Birliyinin sədri, fəxri qonaq, Xalq yazıçısı Anarın həyatı və yaradıcılığına həsr edildiyini deyən akademik İsa Həbibbəyli ədibin Azərbaycan ədəbiyyatında ilklər yaratdığını, şəxsiyyəti və əsərləri ilə daim diqqət mərkəzində olduğunu söyləyib. Akademik İsa Həbibbəyli Azərbaycan elmi, Akademiyanın kollektivi və ziyalılarımız adından AMEA-ya, elmimizə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin milli maraqlarını və prioritetlərini rəhbər tutaraq tədqiqatlarını davam etdirəcəklərini söyləyib. Çıxışının sonunda akademik İsa Həbibbəyli Elm Günü münasibətilə tədbir iştirakçılarını, alimlərimizi təbrik edib, elmi tədqiqatlarında uğurlar arzulayıb. <> Tədbirdə digər natiqlərlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov da çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından ölkəmizdə elmi ictimaiyyətin bayramı kimi qeyd olunan Elm Günü münasibətilə bütün alimləri, elm adamlarını təbrik edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına göstərilən diqqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, respublikamızda həyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində, dövlətçiliyimizin formalaşdırılmasında, elmi kadrların yetişdirilməsində alimlərimizin böyük əməyi vardır. Daha sonra Abel Məhərrəmov Azərbaycanda elmin və təhsilin inkişafına verdikləri töhfələrə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, gənc alimlərin yetişdirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında göstərdikləri xidmətlərə görə və “Elm günü” münasibətilə Şura tərəfindən AMEA-nın müxbir üzvləri Məsumə Məlikovanın və Şahbaz Muradovun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiyini vurğulayıb və döş nişanlarını görkəmli alimlərə təqdim edib. Çıxışlardan sonra Anar haqqında hazırlanmış “Anarla üz-üzə” filmi nümayiş olunub. Elmi nailiyyətlərə və elmin populyarlaşdırılmasına verdikləri töhfələrə görə bir sıra alim, mütəxəssis və jurnalistlərə AMEA-nın Fəxri Fərmanı, AMEA-nın Fəxri diplomu, “İlin gənc alimi” diplomu və Təşəkkürnamələr təqdim edilib. <> Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev də iştirak edib. <> https://agsaqqallarsurasi.az/az%c9%99rbaycan-milli-elml%c9%99r-akademiyasinin-aliml%c9%99ri-f%c9%99xri-agsaqqal-dos-nisani-il%c9%99-t%c9%99ltif-olunublar/#prettyPhoto