28-08-2024
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Hesablayıcı Komissiyanın sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev Azərbaycan Respublikası Milli Məclisinə 01 sentyabr 2024-cü ildə keçiriləcək seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürmüşdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə seçicilərinin böyük etimadını qazanaraq millət vəkili seçilən Eldar Quliyev II, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olmuşdur. Professor Eldar Quliyev millətimizin rifahı naminə taleyüklü qərar və qanunların qəbul olunmasında, xalqımızı narahat edən bir çox problemli məsələlərin həllində, o cümlədən müstəqil Azərbraycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində öz səylərini əsirgəməyib. Daim fəal ictimai mövqe nümayiş etdirən Eldar Quliyev Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi komissiyaların işində, elm, təhsil, kənd təsərrüfatı, tibb, ekologiya və s. sahələrlə əlaqədar qanun layihələrinin hazırlanmasında iştirak edib, şəhid ailələri və qazilərlə görüşərək onlara maddi və mənəvi dayaq olub. Haqqın, ədalətin yerini tutması üçün zəhmət sərfindən usanmayan, öz prinsiplərindən bir addım da geri çəkilməyən Eldar Quliyev yalnız parlament seçkiləri zamanı ona etimad göstərmiş vətəndaşların deyil, xalqımızın hər bir nümayəndəsinin sosial qayğılarını, onların üzləşdikləri problemləri daim diqqət mərkəzində saxlayıb. Çoxşaxəli, səmərəli ictimai-siyasi və elmi fəaliyyəti hər zaman yüksək qiymətləndirilən, bir çox orden və medallarla, Fəxri fərman və adlarla, həmçinin dövlət təltifləri ilə mükafatlandırılan Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni, 2021-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub. İmişli rayon Ağsaqqallar Şurasının sədri, “Azərişıq” ASC “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin direktor müavini, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı “Energetik” ərazi partiya təşkilatının sədri, “Beynəlxalq metroloq”, “YAP-ın təsis edilməsinin 30 illik yubiley”, “İki dəfə Sovet İttifaqı Qəhrəmanı General Həzi Aslanov” medalı mükafatlı Saleh Səmədov və Şura üzvləri Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə professor Eldar Quliyevə uğurlar arzulayır və inanır ki, seçicilər növbəti dəfə Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə səs verəcəklər.