İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanovu təbrik edib

23-12-2024

Xəbər Şəkli

<> Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə ölkəmizin bir qrup idmançıları və idman mütəxəssisləri təltif edilib. <> Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, keçmiş SSRİ-nin idman ustası, ümumittifaq və beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Milli Güləş Federasiyasının Prezidenti və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olmuş Cavanşir Kazım oğlu Qurbanov təltif olunanlar sırasındadır. O, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. <> Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İdarə Heyətinin üzvləri və öz adından tanınmış idman mütəxəssisi, ictimai xadim, el ağsaqqalı Cavanşir Qurbanovu təbrik edib, ona möhkəm cansağlığı və uğurlar arzulayıb!