İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat xidmətinin məlumatı:

02-04-2025

Xəbər Şəkli

<> İmişli Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Məzrəli kəndində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmş tədbir keçirilib. <> İmişli Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Məzrəli kəndində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan kənd sakinlərinin xatirəsinə həsr edilmş tədbir keçirilib. Tədbirdə İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi, Şuranın Məzrəli kənd təşkilatının üzvləri, şəhid ailələri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. <> İlk öncə Soyqırımda həlak olmuş soydaşlarımızın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Qurani-Kərim”dən ayələr və dualar oxunub. <> Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov tədbirin mahiyyəti haqqında məlumat verərək azərbaycanlılara qarşı törədilən soyqırımların unudulmaması və həmin dövrün hadisələri ilə bağlı gənc nəslin ətraflı məlumatlandırılmasının əhəmiyyətini qeyd edib. Şəhidlərimizin xatirəsinin həmişə əziz tutulmasının yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynadığını bildirib. Saleh müəllim, həmçinin, çıxışında Azərbaycanda Ağsaqqallar Şurasının fəaliyyətindən, qarşıya qoyulan vəzifələrdən ətraflı danışıb. Şura üzvlərinin dövlətə, möhtərəm Prezidentimizin apardığı uğurlu siyasətə həmişə dəstək vermək əzmində olduqlarını bildirib. Çıxışı zamanı Məzrəli kənd ağsaqqallar təşkilatının fəaliyyətini yüksək qiymətləndirən natiq dünyasını dəyişmiş nüfuzlu kənd ağsaqqallarını haqqında da fikirlərini bölüşüb. <> Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev və sədr müavini Məmi Atakişiyev də Soyqırım və bu faciənin qurbanları, eləcə də Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn 17 Məzrəli kənd sakini haqqında fikirlərini bildiriblər. Bir əsrdən çox davam edən erməni soyqırımı barədə xronoloji ardıcıllıqla, müfəssəl məlumat veriblər. Ulu Öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublıkası Prezidentinin Fərmanını bir daha diqqətə çatdırıblar. Vurğulayıblar ki, bu fərmanla Azərbaycanda XIX-XX əsrlərdə baş verən bütün faciələrə, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinə hüquqi qiymət verilmişdir. Fərmanda, həmçinin, göstərilir ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. <> Tədbirdə çıxış edən digər natiqlər də ağsaqqalların cəmiyyətimizdəki rolundan, milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizdən söhbət açaraq onların qorunmasının əhəmiyyətini vurğulayıblar. Ümummilli Lidermiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl siyasəti və rəhbərliyi ilə Milli Ordumuzun torpaqlarımızı düşməndən azad etməsini bir daha qürurla xatırlayıblar. Bildiriblər ki, bu tarixi qələbə həm də iki əsrə yaxın davam edən erməni vandalizminə, Azərbaycanlılara qarşı aparılan soyqırım siyasətinə ən layiqli cavab oldu. <> Sonda çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının Məzrəli kənd təşkilatının sədri Eldəniz Məmmədov bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib. <> https://agsaqqallarsurasi.az/imisli-rayon-agsaqqallar-surasinin-t%c9%99skilatciligi-il%c9%99-m%c9%99zr%c9%99li-k%c9%99ndind%c9%99-31-mart-az%c9%99rbaycanlilarin-soyqirimi-gunun%c9%99-h%c9%99sr-edilms-t%c9%99dbir-kecirilib/