05-03-2025
<> 2025-ci il martın 5-də Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin iclası keçirilib. İclasda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də iştirak edib. <> Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın fəaliyyəti, 2025-ci ildə planlaşdırılan işlər barədə ətraflı məlumat verib. <> Prezident Administrasiyasının nümayəndəsi Tural Əliyev bildirib ki, ağsaqqalların cəmiyyət həyatında proseslərin tənzimlənməsində xüsusi rolu vardır. O, Prezident Administrasiyasının qarşıdakı dövrdə Azərbaycan Ağsaqqallar Şurasından gözləntilərini diqqətə çatdırıb. <> Toplantıda İdarə Heyətinin üzvləri müxtəlif təkliflərlə çıxış edib, suallar cavablandırılıb, zəruri qeydlər götürülüb. <> https://www.yeniazerbaycan.com/xeberlenti_e119217_az.html