13-04-2025
<> İmişli rayon Ağsaqqallar Şurası adından <> TƏBRİK <> Azərbaycanın ictimai - siyasi xadimi, nümunəvi idarəçiliyi ilə həmişə fərqlənən, sevilən, həyat və fəaliyyətini şərəflə dövlətçiliyə xidmət etməyə sərf edən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Anar Ələkbərovu İmişli Rayon Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından doğum günü münasibəti ilə təbrik edir, uzun ömür, ən şirin nemət olan can sağlığı arzulayırıq! <> Anar Sahib oğlu Ələkbərov, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib, 2001-ci ildə həmin universitetin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. <> 2008-ci ildən Heydər Əliyev Fondunun, 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. <> 2013-cü ildə Fransanın “İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib. 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib. <> 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – “Komandor xaç” ordeni ilə təltif edilib. <> Onun 2014-cü ildə “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsi və “Mehriban” adlı kitabı çap edilib. İndiyənə qədər bir çox beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib. 2015-ci ildə “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan Nümayəndə heyətinin sədri olub. Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” Ordeni ilə təltif olunub. <> 2017-ci ildə Azərbaycanın I vitse - prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. Prezident Ilham Əliyevin 29 noyabr 2019-cü il tarixli Sərəncamı ilə Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib. <> Hörmətli Anar Sahib oğlu Ələkbərov! Sizi, bu əziz gününüzdə səmimi qəlbdən təbrik edirik! Azərbaycan xalqının rifahı naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə sizə uğurlar arzulayırıq! <> Saleh Səmədov <> İmişli Rayon Ağsaqqallar Şurasının sədri.