İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Ağsaqqallar Şurasında İmişli rayon Rus İcmasının fəaliyyətinə həsr olunmuş tədbir keçirildi.

03-10-2024

Xəbər Şəkli

<> Yığıncaqda Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr müavini Səlim Məhərrəmov, sədr köməkçisi Ramiz Əliyev, şura üzvləri Murad Seyidov, Adil Kərimov və İmişli rayon Rus İcmasının bir qrup üzvləri iştirak edirdilər. <> Yığıncağı giriş sözü ilə açan icmanın sədri Betova Lyudmila İmişli rayonunda uzun illərdir yaşayan və fəaliyyət göstərən rus millətinin nümayəndələrinə Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğıdan söz açaraq İmişlidə azərbaycanlılarla rusların mehriban, dostluq şəraitində yaşayıb, işlədiklərini qeyd etdi. Sonra o, sözü İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova verdi. <> Saleh Səmədov da öz növbəsində Azərbaycanla Rusiya arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini önə çəkərək bu iki xalq arasındakı dostluq tellərinin dərin tarixi köklərə bağlı olduğunu xüsusi vurğuladı. Natiq böyük qürur hissi ilə bəyan etdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı münasibətlərin strateji mərhələyə yüksəlməsində Putin Əliyev dostluğu, hər iki liderin sabit siyasi dialoqu xüsusi rol oynayır. Saleh Səmədov əlavə etdi ki, Rusiya ilə Azərbaycanın müttəfiqlik səviyyəsində olan əlaqələri cənubi Qafqazda dayanığlı sülhün və təhlükəsizliyin qarantıdır. <> Saleh Səmədov fərəh hissiylə qeyd etdi ki, İmişli rayon Ağsaqqallar Şurası öz çox şaxəli fəaliyyətində iki qardaş xalq arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi işini prioritet məsələ hesab edir. <> “İmişli rayonunda yaşayan rusların cəmləşdiyi Rus icmasıyla keçirilən bügünkü görüş tədbir iki xalq arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verən bariz nümunədir!” deyərək öz çıxışını başa vurdu. <> Yığıncaqda təşkilati məsələyə baxıldı! <> İcma sədri Lyudmila Betova Saleh Səmədovun icma sədrinin müavini vəzifəsinə namizədliyini təklif etdi. İcma üzvləri bir səslə Saleh Səmədovun bu vəzifəyə seçilməsinin lehinə səs verdilər. <> Saleh Səmədov yekun nitqi söylədi. O, göstərilən etimada görə minnətdarlığını bildirdi və bu şərəfli vəzifədə bütün bilik və bacarığını əsirgəməyəcəyini qeyd etdi. <> Tədbirdə söz alan Adil Kərimov Saleh Səmədovun bu vəzifəyə seçilməsini günün vacib tələbi olduğunu bildirdi.