İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Ağsaqqallar Şurasında "Ahıllar Günü" və yeni ərazi təşkilatının yaradılması ilə əlaqədar tədbirlər keçirildi

02-10-2024

Xəbər Şəkli

<> Tədbirdə Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr köməkçisi Ramiz Əliyev, rayon ağsaqqallarının nümayəndələri o cümlədən Çernobıl Əlillər Cəmiyyətini təmsil edən ağsaqqallar iştirak edirdilər. <> Tədbirin əsas məsələsi 01 oktyabr Ahıllar Gününün qeyd edilməsi və Çernobıl Əllillər Cəmiyyətinin ağsaqqallarını əhatə edən yerli təşkilatın təsis edilməsi idi. <> Məsələlər barədə şuranın sədri Saleh Səmədov məlumat verərək qeyd etdi ki, Ağsaqqallar və Ahıllar cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqəsidir. Hər bir özünə hörmət edən cəmiyyət yaşlı insanlara, ahıllara və ağsaqqallara diqqətlə yanaşmalı onların yaşayışını və ehtiyaclarını daimi qarşılamağa çalışmalıdır. Çünki hər bir insanı yaşadığı ömrün bu mərhələsi gözləyir. Ona görə özündən yaşlıya, ahıla və ağsaqqala hörmət etməyən onun ehtiyacı ilə maraqlanmayan, onun qayğısına qalmayan hər hansı bir kəs özünün də başqalarından belə bir qayğıya bel bağlamağa haqqı yoxdur. Rayonun ağsaqqallar şurası da öz fəaliyyətində ahılların və yaşlıların ehtiyaclarının təmin edilməsi sahəsində tədbirlər həyata keçirməkdədir. <> Sədr köməkçisi Ramiz Əliyev, ağsaqqalların və Çernobıl əlillərinin nümayəndələrindən Möhübbət Mənsimov, Akif Ələsgərov və digərləri öz çıxışlarında rayon ağsaqqallar şurasının yaşlı insanlar və ahıllar barədə həyata keçirdiyi tədbirlərdən danışaraq bu məsələnin daimi diqqət mərkəzində saxlanmasını lazım bildilər. <> Tədbirdə Çernobıl Əlillər Cəmiyyətini təmsil edən ağsaqqalların yerli təşkilatı təsis edildi. Səsvermə yolu ilə təşkilatın sədri və müavini seçildi. <> Çernobıl Əlillər Cəmiyyətinin yerli ağsaqqallar Şurasının sədri Akif Ələsgərov, müavini isə Möhübbət Mənsimov seçildi. <> Rayon Şurasının sədri Saleh Səmədov Çernobıl Əlillərini və onların seçilən yeni rəhbərlərini təbrik etdi və gələcəkdə də ehtiyacı olan insanlara, xüsusən yaşlı nəslin nümayəndələrinə, ahıllara qayğı göstəriləcəyini qeyd etdi.