İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

8 Noyabr "Zəfər Günü"nün 4- cü ilini qeyd etmək üçün İmişli rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvləri "Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirdi.

08-11-2024

Xəbər Şəkli

<> Tədbirdə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov , sədrin birinci müavini Vahid Tağıyev, Millətlərarası məsələlər üzrə sədrin köməkçisi Adil Kərimov, Aparat rəhbəri Murad Seyidov və İdarə heyətinin üzvləri iştirak edirdi. <> Tədbiri giriş sözü ilə açan Aparat rəhbəri Murad Seyidov 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandon, möhtərəm prezident cənab İlham Əliyevin ətrafında birləşən xalqın dəstəyi ilə 30 illik təcavüzə, işğala son qoyan müzəffər ordumuzun 3 200 əsgər və zabiti şəhadət zirvəsinə yüksəlib. <> Onların ruhu bir dəqiqəlik sükutla yad edildi. <> Sədrin birinci müavini Vahid Tağıyev çıxış edərək bildirdi ki, torpaqlarımızın 30 il davam edən işğalına müzəffər Ali Baş Komandon, möhtərəm prezident cənab İlham Əliyevin 27.09.2020-ci il tarixli əmri ilə 44 gündə son qoyulması aparılmış çoxşaxəli, uğurlu fəaliyyətin nəticəsi idi. Bu, bəşər tarixində analoqu olmayan bir hadisədir. O, "Zəfər günü" münasibətilə müstəqil Azərbaycanımıza göz aydınlığı verdi. <> İdarə heyətinin üzvləri adından danışan Məmi Atakişiyev də xalqla dövlətin bir yumruq ətrafında birləşməsindən söz açdı. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən müzəffər Ali Baş Komandon, hörmətli prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsi və uzaqgörən dayanıqlı siyasəti sayəsində Azərbaycanın dünya ölkələri sırasında söz sahibi olduğunu xüsusilə vurğuladı. M.Atakişiyev sonda bütün xalqımızı qələbə münasibətilə təbrik etdi. <> Tədbirdə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Ali Baş Komandon, möhtərəm prezidentimiz cənab İlham Əliyevin dünya liderləri sırasında nüfuz və hörmətinin günbəgün artdığını önə çəkdi. 200yaxın ölkənin Azərbaycanı dəstəkləyərək KOP 29 layihəsinin müzakirəsi üçün Azərbaycana gələcəklərini qeyd etdi və bildirdi ki, bu layihə cənab prezident İlham Əliyevin uzaqgörən davamlı və dayanıqlı xarici siyasətinin doğru və düzgün olmasının bariz nümunəsidir. Sədr də möhtərəm prezidentin şəxsində müzəffər ordumuzu və bütöv Azərbaycanı təbrik etdi. Şəhidlərimizin ruhuna Allahdan rəhmət, qazilərimizə cansağlığı arzuladı. <> Tədbirin sonunda Şuranın İdarə heyətinin yeni seçilmiş üzvlərinə Azərbaycan Ağsaqqallar Şurasının vəsiqələri təqdim olundu.