16-09-2024
İmişli rayon Ağsaqqallar Şurası 15 sentyabr Bilik Günü münasibəti ilə tədbirlər planı hazırlanmış və şuranın sədri Saleh Səmədov tərəfindən əmrləşdirilmişdir. Əmrə əsasən rayon ağsaqqallar şurasının idarə heyətinin üzvləri və kənd şuralarının nümayəndələri rayon ərazisində mövcud orta məktəblərdə bilik günü münasibəti ilə iştirak etmək üçün təkim olunmuşlar. Bu tədbir çərçivəsində rayon şurasının sədri Saleh Səmədov, şuranın sədr müavini Rahim Zahidov, sədr köməkçisi Ramiz Əliyev və təhsilin nümayəndəsi Vahid Tağıyev, məktəbin direktoru Yusif Hüseynov, məktəbin şagirdləri və övladları həmin məktəbdə təhsil alan bir qrup valideyn 16 sentyabr 2024-cü il tarixdə şəhər 1 saylı məktəb-liseydə keçirilən tədbirdə iştirak etdilər. Şuranın nümayəndələri və təhsilin nümayəndələri müəllimlər, şagirdlər və valideynlər qarşısında çıxış etdilər. <> Şuranın sədri Saleh Səmədov çıxışı zamanı bilik günü və yeni dərs ilinin başlanmasının məktəbin müəllimlərinin, şagirdlərinin və valideynlərin həyatında mühüm bir hadisə olduğunu qeyd etdi. Bildirildi ki, 15 senytabr bilik günü və yeni dərs ilinin başlanması 2024-cü ildən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il sərəncamından sonra qeyd edilməyə başlanmışdır. Ona qədər bilik günü və yeni dərs ilinin başlanması 1 sentyabrda keçirilirdi. Saleh Səmədov özünündə bu məktəbin yetişdirməsi olduğunu, məktəbin müəllimlərindən İnsalla Qurbanovu, Qələndar müəllimi və digərlərini çox böyük məhəbbətlə yad edərək vəfat edənlərə Allahdan rəhmət dilədi. Eyni zamanda bu gün həyatda yaşayan Bəsti müəllimənidə xatırlayaraq ona uzun ömür can sağlığı arzuladı. Qeyd edildi ki, 15 senytabrın Azərbaycan tarixində də əhəmiyyətli yeri vardır. 15 sentyabr 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusu və azərbaycan hərbi korpusu Bakı şəhərini erməni daşnaklardan və digər anti azərbaycan ünsürlərdən azad etmiş və Bakı Azərbaycanın paytaxtına çevrilmişdir. <> Saleh Səmədov elm, təhsil, tərəqqinin bu gün müstəqillik şəraitində yaşayan respublikamızın və xalqımızın həyatında çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, şagirdlərimiz bu işin əhəmiyyətini dərindən dərk etməli və bütün qüvvə və bacarıqlarını sərf etməlidirlər ki, doğma respublikamızın elm və iqtisadiyyat sahəsindəki nailiyyətləri gələcəkdə daha da artsın və ölkəmiz elm texnika sahəsində dünya dövlətləri arasında öz layiq olduğu yeri tutsun. <> Çıxış edən digər nümayəndələr təhsilin əhəmiyyətindən onun həyatımızdakı aparıcı rolundan danışdılar. Qeyd etdilər ki, elmin, təhsilin keyfiyyəti nə qədər yüksək olarsa ölkəmiz bir o qədər inkişaf etmiş olar. <> Sonra şuranın məktəbə dərs ilinin açılışına getmiş üzvləri və təhsilin nümayəndələri məktəbə ilk dəfə gələn 1-ci sinif şagirdlərinin siniflərində olaraq onlara məsləhətlər vermiş və dərslərində uğurlar arzu etmişlər. <> Ağsaqqallar Şurasının digər nümayəndələri rayonun məktəblərində olaraq yeni dərs ilinin başlanması münasibəti ilə təşkil edilən tədbirlərdə iştirak etmiş, müəllimlərə və şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulamışlar.