İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

"ANIM GÜNÜ"

27-09-2024

Xəbər Şəkli

<> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və idarə heyətinin və yerli ağsaqqallar şurasının üzvləri 27 sentyabr “Anım Günü”nə həsr olunmuş tədbirlərdə iştirak etmişlər. Saleh Səmədov şuranın adından Şəhidlər xiyabanında şəhidlərin xatirəsini yad edərək əkli qoymuşdur. Yuxarı Qaralar kəndində idarə heyətinin üzvləri Famil İmanov və Güloğlan Xudiyev, Bəhrəmtəpə qəsəbəsində yerli şuranın sədri Yaqub Hüseynov, Xəlfəli kəndində ağsaqqllar şurasının sədri Nadir Atakişiyev və həmin ərazilərin ağsaqqalları “Anım günü” münasibəti ilə keçirilən tədbirlərdə iştirak edərək şəhidlərin xatirəsini yad etmişlər. <>“Anım Günü” münasibəti ilə keçirilən bu tədbirlər rayonumuzun insanlarının o, cümlədən ağsaqqalların şəhidlərimizin xatirəsini əziz tutmalarını bir daha sübut edir. <> Şəhidlərimizin əziz xatirəsi unudulmazdır!